...

Finlandiyanın Warstila şirkəti MES üçün Azərbaycana 160 mln. avro dəyərində qaz qurğuları tədarük edəcək

Energetika Materials 28 Oktyabr 2005 17:38 (UTC +04:00)

Finlandiyanın Warstila şirkəti MES üçün Azərbaycana 160 mln. avro dəyərində qaz qurğuları tədarük edəcək. Trend bildirir ki, bu barədə Warstila şirkətinin oktyabrın 28-də yaydığı pres-relizdə deyilir.

Sənəddə qeyd olunur ki, şirkətin mayın 5-də 5 qaz qurğusunun tədarükünə dair aldığı sifariş hazırda təsdiqlənib.son vaxtlar haqqında danışıqlar aparılan dörd qaz qurğusunun dəyəri təxminən 130 mln. avro, tam gücü isə 370 MVt. təşkil edir.

Dəyəri təxminən 30 mln. avro və gücü 80 MVt olan birinci qurğu öncə təsdiq olunub. " Azərenerji SC üçün Azərbaycana qaz qurğularının tədarükü 2006-cı ildə həyata keçiriləcək. Warstila həm də qaz qurğuları üçün avadanlıq və texnika tədarük edəcək. Bunların montajı yerli (Azərbaycan) tərəfdən istehsal ediləcək" -deyə şirkətin məlumatında deyilir.

Hazırda Azərbaycanın AZENCO şirkəti Astara, Şəki və Xaçmazda modul elektrik stansiyalarının (MES) tikintisini aparır. 10 moduldan ibarət (hər biri 8,7 olmaqla) Astara MES Azərenerji-nin 2005-2006-cı illərdə istismara vermək niyyətində olduğu 52 MES-dən birincisidir. Bu stansiyaların ümumi gücü 450-460 MVT təşkil edir. 2006-cı ildə Bakıda 2 saylı İES ərazisində 12 stansiya, Naxçıvan şəhərində, Şəki ərazisində və Xaçmaz rayonunda 10 stansiya olmaqla tikiləcək.

Xəbər lenti

Xəbər lenti