...

Azərbaycan noyabrda Batumidən tankerlərə 500 min tona yaxın Azeri Light nefti yükləyəcək

Energetika Materials 31 Oktyabr 2005 13:54 (UTC +04:00)

Noyabrda Azərbaycanda Qara dənizdə yerləşən Batumi neft terminalından tankerlərə 480 min ton Azeri Light nefti yükləyəcək ki, bu da oktyabr ayından 160 min ton çoxdur. Bu barədə Trend ə neft daşınmaları bazarındakı mənbədən məlum olub.

Mənbənin sözlərinə görə, 480 min ton neft hər birində 80 min ton olmaqla altı tanker partiyasına (oktyabrdakı 4 partiyaya qarşı) yüklənəcək.

2004-cü il ərzində Batumi limanından 6,778 miln. ton neft məhsulları daşınıb ki, bu da 2003-cü ildə olduğundan 1,9 miln. ton azdır.

Batumidən Azərbaycan neftini "Azəri-Çıraq-Günəşli" yatağından xammal hasil edən Azərbaycan Beynəlxal Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları yükləyir.

Batumi neft terminalı ildə 15 miln. tona qədər neft məhşsulları yola salmaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdən yan buy Aframax tipli gəmilər də daxil olmaqla tutumu 30-90 min ton olan tankerlərə xidmət edir. Hazırki anda terminalın rezervuar parkının tutumu təqribən 530 min tondur ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmdə daşınmalar üçün kifayətdir.

Xəbər lenti

Xəbər lenti