...

ABƏŞ KCA DEUTAG şirkətinin "Faza-3" layihəsi çərçivəsində işlərə cəlb edib

Energetika Materials 1 Noyabr 2005 14:36 (UTC +04:00)

Abbot Group plc onun törəmə şirkəti olan KCA DEUTAG-ın Azərbaycan Beynəlxcalq Əməliyyat Şirkətindən "Azəri-Çıraq-Günəşli" yatağında tikiləcək dərinsulu "Günəşli" platformasında qazma və texniki işləri aparmaq üçün "Niyyət məktubu" aldığını elan edib. Trend in məlumatına görə, bu barədə Abbot Group plc-in yaydığı press-relizdə bildirilir.

Sənəddə ABƏŞ-in bu təklifi Abbot - KCA DEUTAG törəmə şirkəti ilə mövcud müqavilə çərçivəsində irəli sürdüyü bildirilir. Bu, bundan əvvəl imzalanan, dəyəri 10 miln dollar olan və dərinsulu "Günəşli" platformasında qazma qurğularının və modulların quraşdırılması və yenidən qurulması üzrə layihəyənin nəticəsidir.

Dərinsulu "Günəşli" platformasında KCA DEUTAG şirkətinin görəcəyi işlərin miqyası daha çox, yəni 50 miln dollardan artıqdır. Platformanın tikintisi və istismara verilməsi gedişində KCA DEUTAG texniki yardım və yardım göstərəcək. Şirkət əməliyyatdan əvvəlki işləri və qazma qurğusunun problem olmadan işə salınması ilə bağlı işləri öz üzərinə götürəcək. Hazırda 2006-cı ilin əvvəllərində Hollandiyanın Mercon zavodundan göndəriləcək qurğunun tğikilməsi işləri həyata keçirilir və o, 2007-ci ilin sonlarında fəaliyyətə başlayacaq.

Abbot -ın icraçı direktoru Alasdayr Loke (Alasdair Locke) bu müqavilənin son 8 il ərzində Xəzər regionunda sulu yataqlarda qazma işəlri aparan şirkətin mövqeyini möhkəmləndirdiyini bildirib. "2006-cı ildə Xəzərdə bizim biznesimiz ildə $80 miln olacaq və bizim Bakı ofisində 450-dən artıq yerli işçimiz olacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti