...

Azəriqaz 15 noyabrdan ehtiyat qazdan istifadəyə başlaya bilər

Energetika Materials 1 Noyabr 2005 16:40 (UTC +04:00)

Azəriqaz Qapalı Səhmdar Cəmiyyəti (QSC) noyabrın 15-dən "Qaradağ" və "Kalmaz" yeraltı qaz anbarlarındakı ehtiyat qazdan istifadəyə başlaya bilər. Bu barədə Trend ə Azəriqaz-dan məlumat verilib. Noyabrın 15-dən Azərbaycan qış rejiminə keçəcək. Ümumilikdə, yeraltı qaz anbarlarına 1,026 milrd kubmetr qaz vurulub ki, bu da yanacaq-energetika balansı üçün təyin edilən göstəricidlən 326 miln kubmetr, ötən ilin göstəricisindən isə 70% çoxdur. QSC-in nümayəndəsi bildirib ki, hazırda Bakıya sutkada 5,5 miln kubmetr qaz göndərilir.

Hlazırda Bakı şəhərindən başqa, Azərbaycanın 49 rayonu da qazla təmin edilir.

QSC-də həmçinin, abunəçilərdən tədarük olunan qaza görə vəsaitin toplanmasını artırmaq nəzərdə tutulub. "Hazırda bu rəqəm 50-54%-dən yuxarıdır.Lakin biz onu ilin sonuna kimi artırmaq istəyirik", - deyə Azəriqaz-ın nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti