...

Azəistiliktəchizat 2005-2006-cı illər qış mövsümünə hazırlığı 100% başa çatdırıb

Energetika Materials 1 Noyabr 2005 17:04 (UTC +04:00)

Azəristiliktehcizat 2005-2006-cı illər qış mövsümünə hazırlıq işlərini 98% başa çatdırıb. Bu barədə Trend ə Azəristiliktəhcizat SC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.

Onun sözlərinə görə, bu mövsümdə Bakıda 1500-dən artıq binanın istiliklə təchizatının bərpa olunması nəzərdə tutulub. "Noyabrın 1-nə kimi əsas işlər başa çatdırılıb. Yaxın bir neçə gündə avadanlıq yoxlamadan keçiriləcək.Noyabrın 15-dən binaların istiliklə təchiz olunmasına başlanılacaq ", - deyə o qeyd edib.

Hazırlıq işləri çərçivəsində infrastrukturun, eləcə də qazanxanaların, elektrik ötürücü xəttlərinin, elektrik stansiyalarının təmiri, kadrların hazırlanması həyata keçirilib. Azəristiliktəhcizat Azəriqaz QSC və Azərsu Dövlət Şirkəti ilə istilik və su alınması ilə bağlı müqavilə imzalayıb.

Bunun üçün 35 qazanxana işləyəcək. Həmçinin, 557 məktəbdən 158-nin, 445 uşaq evindən 112-nin, 271 səhiyyə obyektindən 71-nin, 109 digər obyektin istiliklə təminatı bərpa ediləcək.

Xəbər lenti

Xəbər lenti