...

AzeriFugro Agip KCO konsorsiumunun sifarişi ilə işlərin həyata keçirilməsinə başlayıb

Energetika Materials 1 Noyabr 2005 17:24 (UTC +04:00)

AzeriFugro Azərbaycan-Hollandiya Birgə Müəssisəsi (BM) Agip KCO ("Kaşağan" yatağının işlənməsi üzrə operator) konsorsiumunun sifarişi ilə Bautino limanı rayonunda keçirilən işlərin nəticələri üzrə bir sıra laboratoriya təhqiqatlarına başlayıb. Bu barədə BM-dən Trend ə məlumat verilib.

AzeriFugro BM ARDNŞ tərəfindən yaradılıb. Dövlət Neft Şirkəti müəssisəyə 60 % və Hollandiyanın Fugro şirkəti isə 40% payla sahiblik edir.

AzəriFugro-nun nümayəndəsinin sözlərinə görə, tədqiqatlar 2005-ci ilin dekabrına qədər davam edəcək. Bundan əvvəlBM Agip KCO-xnun siyarişi ilə Bautino limanı rayonunda əlavə dəniz infrastrukturlarının tikintisi çərçivəsində dənizin dibinin texniki xarakterini öyrənmək məqsədilə dərinliyi 130 metrdən 160 metrədək olan 4 geotexniki quyu qazıb. İşlər Qazaxıstanın Bautinodakı barjası vasitəsilə həyata keçirilib. "Kaşağan" yatağından ilk neftin 2007-2008-ci illərdə hasil ediləcəyi nəzərdə tutulub. Bu neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunacaq.

AzəriFugro-dan həmçinin, bildirilib ki, noyabr ayı ərzində mütəxəssislər Bakıdakı laboratoriyanın bazasında Türkmənistanın "Blok-1" quyusunda qazma işləri zamanı əldə olunan nümunələrin növünün yoxlanmasını davam etdirəcəklər.

AzeriFugro BM Xəzər dənizində əsasən xarici şirkətlərə tədqiqat xidmətləri göstərir. Bundan əvvəl AzəriFugro "Cümşüd İbrahimovn ixtisaslaşdırılmış gəmisini tam modernləşdirməyi planlaşdırmışdı. Lakin sonrada BM xarici şirkətlər tərəfindən tədqiqatların keçirilməsinə zəmanət verilmədiyi üçün bu layihədən imtina etmişdi.

BM-nin nümayəndəsi həmçinin, qeyd edib ki, yaxın vaxtlarda 2006-cı ilin biznes planını işlənməsinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti