Noyabrın 4-dən Azərbaycanda qarşıdakı parlamenti seçkiləri ilə əlaqədar Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərləri enerjipaylayıcı şəbəkəsinin operatoru) gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə Trend ə Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul məlumat verib.
Onun sözlərinə görə, noyabrın 4-5-də şirkətin seçki məntəqələrinin elektrik təchizatı üzrə nəzarəti həyata keçirəcək nümayəndələrinin siyahısı hazırlanacaq. "Onların siyahısı artıq Azərenerji-yə, Nazirlər Kabinetinə və ölkə prezidentinin İcra Aapartına göndərilib. Bizim məqsədimiz məntəqələrə elektrik enerjisinin fasiləsiz verilməsini və nasazlıq yaranan kimi onun dərhal aradan qaldırılmasını təmin etməkdir ", - deyə o qeyd edib.
Bu işlər Azərbaycan prezidentinin ölkə parlamentinə seçkilərə hazırlıq və onların keçirilməsi üçün təcili tədbirlərin görülməsi barədə sərəncamının yerinə yetirilməsi çərçivəsində həyata keçirilir.