...

"Qazeksport" yanvar-oktyabr aylarında Azərbaycana qaz tədarükünü azaldıb

Energetika Materials 2 Noyabr 2005 13:27 (UTC +04:00)

"Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) Azərbaycana 2004-cü ilin yanvar-oktyabr aylarında 3,93 mlrd m3 qaza qarşı 2005-ci ilin 9 ayı ərzində 3,78 mlrd m3 qaz tədarük edib. Bu barədə Trend ə Azəriqaz QSC-dən məlumat verilib.

Azəriqaz nümayəndəsinin sözlərinə görə, 2005-ci ilin oktyabrında "Qazeksport" Azərbaycana 293,6 mln m3 qaz tədarük edib ki, bu da həmin ilin sentyabr ayının göstəricisindən 53,6 mln m3 çox, 2004-cü ilin oktyabr göstəricisindən isə 151,4 mln m3 azdır.

Cari ildə AR DNŞ "Qazeksport"dan 4,5-5 mlrd m3 qaz almağı planlaşdırır (1000 m3=$60). Ölkəyə təbii qaz Şirvanovka-Qazı Məhəmməd boru kəməri ilə verilir.

"Biz oktyabrda plan üzrə 279 mln m3 qaz almalı olsaq da, faktla 293,6 mln m3 yanacaq almışıq", - deyə Azəriqazda bildirilib.

Xəbər lenti

Xəbər lenti