...

Sənaye və Energetika Nazirliyi yanacaq-energetika kompleksinin gələn il üçün balansının hazırlanmasını başa çatdırıb

Energetika Materials 2 Noyabr 2005 15:20 (UTC +04:00)

Azərbaycanın Sənaye və Energetika Nazirliyi 2006-cı il üçün yanacaq-energeti kompleksinin balansının hazırlanmasını başa çatdırıb və sənədi noyabrda Nazirlər Kabinetinə təqdim etmək niyyətindədir. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

Bu barədə Nazirliyin nümayəndəsi bildirib ki, gələn il ARDNŞ-in neft hasilatının həcmi 8,7 miln ton, qaz hasilatı 5,9 milrd kubmetr təşkil edəcək. "Hazırda qaz hasilatının həcminin dəqiqləşdirilməsi üzərində işlər aparılır. Ehtimallara görə, qaz hasilatı 6 milrd kubmetrə qədər artırıla bilər ", - deyə Nazirlikdən bildirilib.

Əhalini 2006-2007-ci illər qış mövsümündə qazla təchiz etmək üçün "Qaradağ" və "Kalmaz" yeraltı neft anbarlarında 1 milrd kubmetr qazın vurulması nəzərdə tutulub.

Həmin sənədə görə, gələn il Rusiyadan 4,5 milrd kubmetr təbii qaz və 1,3 milrd kVt/s elektrik enerjisi idxal ediləcək. İrandan Naxçıvan Muxtar Respublikasının qazla təchizatı üçün alınacaq qazın həcmi 250 miln kubometr, elektrik enerjisi isə 80-100 MVt təşkil edəcək. Türkiyədən elektrik enerjisinin idxalı 40-50 MVt təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti