...

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiyskdən neftin yüklənməsini azaldıb

Energetika Materials 2 Noyabr 2005 16:09 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiysk limanından 2004-cü ilin yanvar-oktyabr aylarında 2,12 mln tona qarşı 2005-ci ilin analoji dövrü ərzində 1,377 mln ton Ural nefti yükləyib. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

Məlumata görə, Novorossiyskdən sentyabrda 0,237 min ton və 2004-cü ilin oktyabrında 269,2 min tona qarşı 2005-ci ilin oktyabrında 78,64 min ton Ural nefti yüklənib.

2004-cü il ərzində AR DNŞ Novorossiyskdən 2559,1 min ton neft satıb ki, bu da 2003-cü il göstəricisindən 77,1 min ton çoxdur. Bakı-Novorossiysk boru kəməri ilə 1 ton neftin nəqli 15,67 dollardır.

Xəbər lenti

Xəbər lenti