...

Türkiyənin Tekfen şirkəti Azərbaycanın neftlə çirklənmiş ərazilərinin təmizlənməsi layihəsində iştirak etməkdə maraqlıdır

Energetika Materials 3 Noyabr 2005 13:42 (UTC +04:00)

Türkiyənin Tekfen şirkəti Azərbaycanın neftlə çirklənmiş ərazilərinin təmizlənməsi layihəsində maraqlıdır. Bu barədə Trend ə şirkətin Bakı nümayəndəliyinin baş direktoru Bataçar Baysal bildirib.

Onun sözlərinə görə, şirkət ölkə hökuməti ilə bu istiqamətdə danışıqlar aparır. "Biz xüsusilə Cənub buxtasının təmizlənməsində maraqlıyıq. Bu işlərin həyata keçirilməsinə təxminən $200 mln vəsait tələb olunur", - deyə o qeyd edib.

Layihənin maliyyələşdirilməsinə gəldikdə, B.Baysal bildirib ki, bu işlər həm şirkətin, həm də kənar mənbələrin maliyyə vəsaiti hesabına həyata keçirilə bilər.

O, həmçinin, əlavə edib ki, Tekfen Azərbaycanda avtomobil yollarının tikintisi layihələrində də iştirak etməkdə maraqlıdır.

Xəbər lenti

Xəbər lenti