...

Azərbaycan PREGA layihəsinə qoşulub

Energetika Materials 3 Noyabr 2005 14:26 (UTC +04:00)

Azərbaycan Asiya inkişaf bankının (AİB) texniki yardımı ilə həyata keçirilən "Bərpa olunan enerji, enerjinin səmərəliliyi və parnik qazlarının azaldılmasının araşdırılması" (PREGA) regional layihəsinə qoşulub. AİB-nin Bakıdakı nümayəndəliyində Trend ə bildirilib ki, AR sənaye və energetika Nazirliyinin qarşılıqlı əlaqəsi ilə ölkədə bərpa olunan enerji mənbələri üzrə Milli hesabat hazırlanacaq.

Bankın işlədiyi məsləhətçilər cari vəziyyətin və tövsiyələrin qiymətləndirilməsini əhatə edən hesabat üzərində artıq işə başlayıb.Hesabat 2005-ci ilin sonunadək başa çatdırılmalıdır.

Azərbaycan PREGA-ya enerji təchizatının təkmilləşdirilməsi və bərpa olunan enerji mənbələrinin inkişaf potensialının araşdırılması məqsədilə qoşulub.Layihənin ilk mərhələsinə layihəyə hazırlıq üzrə potensialın yaradılması, layihənin gerçəkləşdirilməsi üçün sərfəlt olan imkanların müəyyən edilməsi, kənd yerlərində seçilmiş pilot layihələrinin texniki, maliyyə, iqtisadi və ekoloji qiymətləndirilməsi, dövlət siyasəti sektorunda da maneələrin icmalı, əldə olunmuş təcrübənin yayılması və pilot layihəsinin təqdimatı daxildir. PREGA-nın ikinci mərhələsində investisiyanın külək, minihidroloji və günəş elektrik enerjisində geniş və əsaslandırılmış araşdırılmasına xüsusi diqqət ayrılacaq.

Niderland hökumətinin maliyyələşdirdiyi və AİB tərəfindən idarə olunan PREGA $4,5 mln. olaraq hesablanıb və bankın 12 üzvü üçün (Mərkəzi Asiya ölkələri, ÇXR və Monqolustan) fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti