...

Barmek Azərbaycan parlament seçkilərinin gedişini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək

Energetika Materials 3 Noyabr 2005 17:55 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıtın elektrik enerjisi paylayıcısının operatoru) qarşıdakı parlament seçkilərinin gedişini elektrik enerjisi ilə fasiləsiz təmin etmək və yaranan nasazlıqları operativ olaraq aradan qaldırmaq üçün bir sıra hazırlıq tədbirləri həyata keçirir. Trend in məlumatına görə, bu barədə şirkətin noyabrın 3-də yayılmış press-relizində bildirilir.

Seçkilər zamanı şirkət gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Seçki məntəqələri, seçki qərargahları və mətbuat mərkəzləri ciddi nəzarət altına götürüləcək. Şirkət artıq transformatorlar, muftalar, elektrik naqilləri və ehtiyat avadanlıqlar alınıb. İdarədəki baş növbətçi vəziyyət barədə ardıcıl informasiya alacaq.

Xəbər lenti

Xəbər lenti