...

Azpetrol şirkətlər qrupunda aparılan yoxlamalar nəticəsində bir sıra pozuntular aşkar olunub

Energetika Materials 3 Noyabr 2005 18:26 (UTC +04:00)

İlkin məlumatlara görə, Azpetrol şirkətlər qrupunda aparılan yoxlamalar nəticəsində ir sıra pozuntu halları aşkar edilib. Trend in məlumatına görə, Azərbaycanın Vergilər Nazirliyinin noyabrın 3-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, şirkətlər qrupuna daxil olan yanacaqdoldurma stansiyalarından biri qanunsuz olaraq tikilib, şirkətin 8 obyekti, eləcə də neft bazası neft məhsullarının satışı üzrə işlərin yerinə yetirlməsi ilə bağlı lisenziyaya malik deyil. Bununla yanaşı, yanacaqdoldurma stansiyalarında aparılan xronometraj ötən dövrlə müqayisədə gündəlik satışın yüksək artımını göstərir. Bundan başqa, bir sıra nəzarət-kassa aparatları Vergilər Nazirliyində qeydiyyatdan keçməyib. İnzibati binanın, təminat bazasının və körpünün icarəyə götürülməsi üzrə renta bir neçə dəfə aşağı salınıb. 2005-ci ildə isə müvafiq müqavilə ümumiyyətlə imzalanmayıb.

Bütün bunlar dövlət büdcəsinə böyük məbləğdə vəsaitin ödənməməsinə gətirib çıxarıb. Nazirliyin məlumatında həmçinin, Azpetrol qrupuna daxil olan şirkətlərin normal rejimdə işlədiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti