...

Noyabrın 5-dən Barmek Azərbaycan gücləndirilmiş rejimdə işləməyə başlayıb

Energetika Materials 5 Noyabr 2005 12:47 (UTC +04:00)

Noyabrın 5-də səhər saat 6:00-dan Barmek Azərbaycan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkəsinin operatoru) gücləndirilmiş rejimdə işləməyə başlayıb. Bu barədə Trend ə Barmek Azərbaijan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanpıvepdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bü gün səhər elektrik enerjisinin satışı və istismarı üzrə idarənin rəisinin, direktorunun, dispetçerlərin daxil olduğu komissiya tərəfindən seçki məntəqələrinin, seçki qərargahlarının və mətbuat mərkəzlərinin yoxlanışı həyata keçirilib. "Bu obyektlərdə elektirik təchizatı ilə bağlı heç bir problem aşkar edilməyib. Şirkətin mühafizə sistemi də gücləndirilmiş rejimdə işləyəcək. Baş idarənin, müştərilərə xidmət mərkəzinin, yarımstansiyaların tansformator məntəqələrinin də mühafizəsi gücləndiriləcək ", - deyə o qeyd edib.

T.Mustafayev bildirib ki, Azərbaycanın şimal-şərq regionlarının elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün sentyabrın 10-da istismara verilmiş yeni Xəzri-Siyzən 36-km-lik və 110 kV-luq Elektrik Ötürücüsü Xətti də gücləndirilmiş iş rejiminə keçib. "Bundan başqa, köhnə Xəzri-Siyzən EÖBT-də də yoxlama aparılıb və o, işlək vəziyyətə gətirilib ", - deyə o qeyd edib.

Barmek -in qəza xidməti olan 199 nömrəli telefon sistemlərin vəziyyəti və qəza halları barədə informasiyaları fasiləsiz qəbul edəcək və onların aradan qaldırılmasını əlaqələndirəcək. "Hazırki vaxtadək qəza xidmətinə seçki məntəqələrindəki problemlərlə bağlı hər hansı bir məlumat daxil olmayıb", - deyə Barmek Azerbaijan şirkətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi bildirib.

Xəbər lenti

Xəbər lenti