...

İran Naxçıvan Muxtar Respublikasına qaz tədarükünə başlayıb

Energetika Materials 5 Noyabr 2005 14:22 (UTC +04:00)

Noyabrın 3-dən başlayaraq Naxçıvan Muxtar Respublikasına İran qazı tədarük olunmağa başlayıb. Bu barədə Trend ə Azəriqaz QSC-nin sədr müavini Nazim Səmədzadə bildirib. Bu, son 15 il ərzində respublikaya ilk yanacaq tədarüküdür.

"Hazırda NMR-in şəhərlərində qaz kəmərləri və avadanlıqlar sınaqdan keçirilir. Artıq Culfa və Naxçıvan şəhərləri qaz alır. Tədricən NMR-in digər şəhərlərinə də qaz veriləcək. Respublikada 12 mindən artıq abunəçi qazla təmin olunacaq", - deyə o qeyd edib.

N.Səmədzadənin sözlərinə görə, Azərbaycan qazı İranın şrimal-şərq rayonlarının yanacaqla təmin olunması üçün noyabrın 1-dən bu ölkəyə daxil olur. Hazırda boru kəmərlərinin qazla doldurulması prosesi getdiyindən onun ixrac və idxalının dəqiq həcmi müəyyən olunmayıb. Azəriqazda bu prosesin 3-4 gün davam edəcəyi bildirilib.

Birinci mərhələdə NMR-ə tədarük olunan qazın həcmi ildə 52 mln m3 (2005-ci ilin sonuna kimi), 2006-cı ildə 250 mln m3, 2007-ci ildə 350 mln m3 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti