...

Azərbaycan Dövlət Neft Fondu 9 ay ərzində görülən işlərə yekun vurub

Energetika Materials 7 Noyabr 2005 17:44 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu büdcəsinin gəlirləri 2210,2 mlrd manat, xərcləri isə - 667,6 mlrd manat təşkil edib. Trend in xəbər verdiyi kimi, bu barədə Fondun rəsmi məlumatında bildirilir.

9 ay ərzində neft sazişlərinin həyata keçirilməsindən 1787,8 mlrd manat, o cümlədən mənfəət neftinin satışından - 1716,8 mlrd manat, Bakı-Supsa ixrac boru-kəməri ilə Azərbaycan Respublikası ərazisi ilə neftin nəqli üçün tranzit haqqından 60,2 mlrd manat, akrhesabı ödənişlərdən isə 6,2 milyard manat (1,2 milyon YM) gəlir əldə olunub. Bonus ödəmələri 4,6 mlrd manat təşkil edib.

Xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərindən əldə olunan gəlir 7,3 mlrd manata bərabər olub. Bundan başqa Sabitləşdirmə Fondunun əvvəllər Maliyyə Nazirliyi tərəfindən idarə olunan vəsaitləri ARDNF-ə daxil olub. 9 ay ərzində Neft Fondu vəsaitlərinin idarə olunması nəticəsində 98,6 mlrd manat məbləğində gəlir əldə olunub.

Cari ilin 9 ayı ərzində qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədilə Neft Fondu vəsaitlərindən istifadənin əsas istiqamətləri çərçivəsində 162 mlrd manat ödənilib, 45,9 mlrd manat Azərbaycanın Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihəsində iştiark payının maliyyələşdirilməsinə, 455 mlrd manat dövlət büdcəsinə yönəldilib. Həmin dövr ərzində Fondun idarə edilməsi ilə bağlı xərcləri 4,7 mlrd manat təşkil edib.

Göstərilən dövrdə büdcədənkənar xərclər və ödənişlər 423,1 mlrd manat, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərclər - 405,7 mlrd manat təşkil edib. Dövlət büdcəsinə 17,4 mlrd manat məbləğində gəlir vergisi ödənilib.

9 ayın yekunlarına görə, fond aktivlərinin həcmi 5 846 mlrd manat və ya $1 273 mln olub.

Noyabrın 7-dən etibarən Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnəyə görə 1 ABŞ dolları 4798 manata bərabərdir.

Xəbər lenti

Xəbər lenti