...

Azərbaycan enerji tənzimləyici orqanlar Forumunun yaradılması üzrə qarşılıqlı anlayışa dair memorandum imzalayıb

Energetika Materials 7 Noyabr 2005 17:55 (UTC +04:00)

Noyabrın 6-da yeddi ölkə Mərkəzi Asiya regionunda enerji tənzimləyici orqanlar Forumunun yaradılması üzrə qarşılıqlı anlayışa dair memorandum imzalayıb. Asiya inkişaf bankının (AİB) Bakı ofisində Trend ə bildirilib ki, sazişi Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan imzalayıb.

MAİƏ üzvü ölkələri enerji tənzimləyici orqanları Forumu (MAETOF) elektrik enerjisi sahəsində islahatlar üzrə ümumi təcrübədən fayda alınmasında öz üzvlərinə yardım göstərilməsini və regionda elektrik enerjisi tələbatının qənaətbəxş olmasında və onun ixracının tənzimlənməsində sıx əməkdaşlığa yardıma yönəldilib.

"Bu forum elektrik enerjisi sektorunda islahatlar aparılması prosesində çox mühüm faydaları müzakirə etmək üçün vacib imkan yaradır" -deyə AİB-nin Şərqi və Mərkəzi Asiya İdarəsinin energetika şöbəsinin direktoru Anil Tervey bəyan edib.

AİB həmçinin iştirakçı ölkələrin elektrik enerjisi sektorunda tənzimləyici orqanlar qarşısında dayanan iqtisadi şərait və çağırışların icmalını əhatə edən "MAİƏ ölkələrində elektrik enerjisi sahələri: tənzimləyici yanaşmalar və vəzifələrin diaqnostik icmalı" adlı araşdırmanı təqdim edir.Araşdırma MAETOF-un öz gündəliyində və gələcəkdə araşdırmalar, müzakirələr və təlimlər aparılması sahələrində yardım göstərilməsinə yönəldilib.

"MAİƏ-nin elektrik enerjisi sektorlarının əksəriyyəti ciddi maliyyə çətinlikləri ilə üzləşir. Mərkəzi Asiyada yerli sektorda mühüm islahatların aparılması energetika sahəsində regional əməkdaşlıq üçün kütləvi potensialın açarıdır" -deyə AİB-nin iqtisadçısı və araşdırmanın müəlliflərindən biri olan Aaşiş Meta bəyan edib. - Bu, güclü siyasi etimad, yüksək şəffaflıq, struktur islahatları tələb edir və bəzi tariflərin artırılması da qaçılmazdır"-deyə o əlavə edib.

Anil Terveyin sözlərinə görə, elektrik enerjisi ticarətinin orqanik inkişafının təmin edilməsinə yönəldilmiş yerli səviyyədə islahatlar gerçəkləşdirildikdən sonra MAETOF ticarətin dərinləşdirilməsi və xarici investisiya üçün imkanların yaradılması məqsədilə elektrik enerjisi sahəsində normativ-hüquqi bazanın formalaşdıracaq.

2005-ci ildə MAETOF-un nümayəndə heyətləri Pekində keçirilən birinci iclasda elektrik enerjisi sahəsində əhatəli olan məsələlər barədə fikir mübadiləsi aparıb.MAETOF-un yaradılmasına maliyyə dəstəyi AİB-nin dövlət və özəl infrastrukturlar üçün Məsləhətləşmə fondu tərəfindən təqdim olunub. AİB üzv ölkələrin elektrik enerjisi sektorunda tənzimləyici orqanlarının potensial imkanlarının artırılması üçün MAETOF-un araşdırmalarına və iclaslarına dəstək göstərilməsini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti