...

Azərbaycan və Dünya Bankı arasında SCADA sisteminin tətbiqi layihəsinin II mərhələsinin həyata keçirilməsinə dair kredit sazişi imzalanacaq

Energetika Materials 8 Noyabr 2005 12:31 (UTC +04:00)

Noyabrın 8-də Bakıda Azərbaycan hökuməti və Dünya Bankı arasında SCADA sisteminin tətbiqi layihəsinin II mərhələsinin həyata keçirilməsinə dair kredit sazişi imzalanacaq. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Onun sözlərinə görə, ayrılacaq kreditin həcmi $48 milyondur.

DB ekspertlərinin hesablamalarına görə, layihənin 2-ci mərhələsinin həyata keçirilməsinə $55 mln vəsait tələb olunur. Bu həcmin $48 milyonu DB, $7 milyonu isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq.

Azərenerji SC layihənin II mərhələsinin həyata keçirilməsi məqsədilə ilin sonuna qədər baş podratçının seçilməsi üzrə tender elan etməyi nəzərdə tutub. Hazırda onun birinci mərhələsi Almaniyanın Siemens şirkəti tərəfindən həyata keçirilir. Bu layihə ilin sonuna qədər başa çatacaq ki, bu da yeni milli dispetçer sistemini yaratmağa imkan verəcək. Layihənin I mərhələsi Almaniyanın KfW bankı tərəfindən maliyyələşdirilir (1,5 mln evro).

2006-2008-ci illərdə Azərbaycanda tətbiq ediləcək avtomatlaşdırılmış operativ idarəetmə sistemi Avropada və MDB ölkələrində ən müasir sistem olacaq. O, enerji sisteminin işinin səmərəliliyinin artmasına, qəzaların aradan qaldırılmasına və şərti yanacağa qənaət edilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti