...

Petrogas noyabrın 12-dək Batumidən Azərbaycanın aviasiya neftini yükləyəcək

Energetika Materials 8 Noyabr 2005 13:31 (UTC +04:00)

Britaniyanın Petrogas şirkəti Gürcüstanın Batumi limanından öncə ARDNŞ-nin bu limanda tədarük etdiyi 25 min ton TS-1 markalı aviasiya neftinin daşınmasını planlaşdırır. ARDNŞ-də Trend ə bildirilib ki, ARDNŞ artıq Batumidə dəmir yolu ilə neftin yüklənməsini başa çatdırıb və beləliklə, Petroqas ilə müqaviləni başa çatdırıb.

"Hazırda biz gələn il Petrogas ilə aviasiya neftinin tədarükünə dair müqavilənin vaxtını uzatmağı planlaşdırırıq.Belə ki, biz aviasiya neftinin satışı üzrə yeni tender elan etməyi nəzərdə tutmuruq" -deyə ARDNŞ-də bildirilib.

Gürcüstanın Poti və Batumi limanlarından avia neftinin tədarükünə dair müqavilələrin bağlanması üzrə planların olmamasının əsas səbəbi Azərbaycan və Gürcüstanın daxili bazarında bu neft məhsuluna böyük tələbatın olması ilə izah edilir.

"AZAL DK tərəfindən və Gürcüstan bazarına tədarüklə bağlı avsiasiya neftinə daim artan tələbat bu neft məhsulunun yığılmasına imkan vermir.Biz məsələn, uzun zaman ərzində bir tanker partiyası 25 min ton olmaqla çənlərə yığmaq məqsədilə aviasiya neftini Batumiyə tədarük edə bilərik, amma malın limanda uzun zaman fasiləsiz saxlanılması bizə böyük ödəmələr bahasına başa gələcək" -deyə ARDNŞ-də bildiilib.

ARDNŞ bu il Petrogas ilə 50 min ton TS-1 markalı aviasiya neftinin tədarükünə dair müqavilə imzalayıb. 25 min ton həcmli partiya tədarük olunub, amma AZAL DK (yerli avia şirkət) bu neft məhsuluna olan tələbatını artırdığına görə ARDNŞ ilin sonunadək qalan 25 min tonun tədarükündə tərəddüd edir.

Bakı-Novorossiysk boru kəməri ilə neft ixracının azaldılması Bakı NEZ xammalının yüklənməsini artırmağa imkan verir. Bu, həmçinin daha çox aviasiya nefti istehsal etməyə imkan verir.

Aviasiya nefti ARDNŞ-nin tərkibinə daxil olan "Heydər Əliyev adına" NEZ-də (keçmiş Azərneftyanacaq) istehsal olunur. Petrogas şirkətinədək ARDNŞ aviasiya neftini İsveçrənin Glencore treyderinə tədarük edirdi. Tədarük olunan aviasiya neftinin həcmi 75 min ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti