...

ABƏŞ yanvar-oktyabrda "Azəri-Çıraq-Günəşli"də neft hasilatını xeyli artırıb

Energetika Materials 8 Noyabr 2005 18:26 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabr ayları ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz blokunu mənimsəyən Azərbaycan beynəlxalq əməliyat şirkəti (ABƏŞ) müqavilə sahəsində 10,16 mln. ton Azəri Light nefti hasil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 4,8 mln. ton çoxdur.

ABƏŞ-də Trend ə bildirilib ki, 2005-ci ilin yanvar-oktyabrında ABƏŞ ümumi həcmdən "Çıraq" yatağında 5,834 mln. ton və "Mərkəzi Azəri"də 4,331 mln. ton neft hasil edib. "Azəri"də ilk neft hasilatına ABƏŞ 13 fevral 2005-ci ildə başlayıb. ABƏŞ-də "Tpend"ə bildirilib ki, oktyabrda şirkət AÇG-də ("Azəri" üstəgəl "Çıraq") 1,46 mln. ton neft hasil edib ki, bu da 2004cü ilin oktyabrı ilə müqayisədə 846,9 min ton çoxdur. 2005-ci ilin oktyabrında ABƏŞ "Çıraq"da 595,7 min ton, "Azəri"də 865,04 min ton neft hasil edib.

Xəbər lenti

Xəbər lenti