...

Azərbaycan təbii qazın qiymətlərinin dəyişdirilməsi barədə xəbərdarlıq almayıb

Energetika Materials 8 Noyabr 2005 19:24 (UTC +04:00)

Azərbaycan Rusiya tərəfindən tədarük olunan təbii qazın qiymətlərinin dəyişdirilməsi barədə xəbərdarlıq almayıb. Bu barədə Trend ə noyabrın 8-də Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu məsələ ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparmayıb. "Bizim təbii qazın 1 min kubmetri $62-dan nəzərdə tutulan 2006-cı il üçün müqaviləmiz var", - deyə o bildirib.

Rusiya tərəfdən ixracl olunan qazın qiymətlərin artırılması mümkünlüyünü şərh edən Y.Eyyubov bu məsələnin Azərbaycanın imkanlarının nəzər alınmaqla nəzərdən keçirilməli olduğunu bildirib.

"Hazırda Rusiya tərəfi Ukrayna və digər ölkələr üçün qazın qiymətlərinin qaldırılmasında israr edir və bu məsələ ilə bağlı hələlik hansı qərarın qəbul ediləcəyi müəyyən deyil. Lakin bizim 2 il - 2005 və 2006-cı illər üçün müqaviləmiz var "- deyə o bəyan edib.

"Qazeksport" (Qazprom ASC-nin törəmə strukturu) 2005-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 3,78 milrd kübmetr qaz tədarük edib ki, bu da 2004-cü
ilin 10 ayı ərzində 3,93 milrd kubmetr təşkil edib. Cari ildə ARDNŞ "Qazeksport"dan 1 min kubmetri $60-a 4,5-5 milrd kubmetr qaz almağı proqnozlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-Qazı Məhəmməd boru kəməri vasitəsilə verilir.

Xəbər lenti

Xəbər lenti