...

Batumi neft terminalı neft məhsullarının daşınmasını artırıb

Energetika Materials 9 Noyabr 2005 14:38 (UTC +04:00)

Yanvar-oktyabr aylarında Qara dənizdə yerləşən Batumi neft terminalı vasitəsilə 7,73 miln ton neft məhsulları daşınıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 998 min ton çoxdur. Bu barədə Trend ə neft məhsulları bazarındakı mənbədən məlum olub.

Mənbənin sözlərinə görə, oktyabrda Batumidən 871 min ton neft məhsulu daşınıb ki, bu da 2004-cü ilin oktyabrındakından 170 min ton çoxdur.

Batumi neft terminalı ildə 15 miln tona qədər neft məhsulları daşımağa qadirdir. Terminal Aframax yan buy gəmiləri də daxil olmaqla 4 körpüdə 30-90 min tonlüq tankerlərə xidmət edir. Hazırda terminalın rezervuar parkının gücü 530 min tona yaxındır ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan həcxmlər üçün nəzərdə tutulduğundan çoxdur.

Xəbər lenti

Xəbər lenti