...

Modul elektrik stansiyaları yeni yaradılmış enerji sisteminə qoşulacaq

Energetika Materials 9 Noyabr 2005 15:00 (UTC +04:00)

Azərbaycanın regionlarında tikilən modul elektrik stansiyaları yeni yaradılmış enerji sisteminə qoşulacaq. Trend in məlumatına əsasən, bu barədə Azərenerji SC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Hazırda Azərbaycanın AZENCO şirkəti Astara, Şəki və Xaçmazda modul elektrik stansiyalarının tikintisini aparır. Astaradakı 10 moduldan ibarət (hər biri 8,7 MVt olmaqla) modul tipli elektrik stansiyası Azərenerji SC-nin 2005-2006-cı illərdə istismara verməyə niyyətli olduğu 52 stansiyadan birincisidir.Bu stansiyaların ümumi gücü 450-460 MVt. təşkil edəcək. 2006-cı ildə Bakıda 12 stansiya, Haxçıvan şəhərində, Şəki və Xaçmaz rayonları ərazisində 10 stansiya olmaqla tikiləcək.

E.Pirverdiyev qeyd edib ki, layihə çərçivəsində hər bir modul elektrik stansiyasının yaxınlığında yeni 110-Kv-luq yarımstansiyanın tikintisi nəzərdə tutulur. Yeni elektrik stansiyaları köhnə sistemə qoşulmayacaq. "Müasir yarımstansiyalar yeni EÖX -nin ilə enerji obyektlərinə birləşdiriləcək.Burada həmçinin modul elektrik stansiyalarını təbii qazla təmin edəcək qaz xətləri də çəkiləcək" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti