...

Varmek Azərbaycan şirkətinə 2 285 971 kvt/s elektrik enerjisinin haqqı ödənilib

Energetika Materials 9 Noyabr 2005 18:31 (UTC +04:00)

Barmek Azerbaycan şirkəti (Bakı və Sumqayıtın elektrik enerjisi paylayıcı şəbəkənin operatoru) aparılan yoxlamalar nəticəsində 2 285 971 kVt/s elektrik enerjisi üçün 397 904 779 manat məbləğində vəsait ödənilib. Bu barədə Trend ə Barmek Azerbaycan şirkətindən məlumat verilib.

Barmek Azerbaijan -ın apardığı növbəti reydlər nəticəsində Bakı, Sumqayıt şəhərlərində və ölkənin Quba, Xaçmaz və Dəvəçi rayonlarındakı müəssisə və təşkilatlarda elektrik enerjisindən istifadə zamanı qaydaların pozuntusu aşkar edilib. Fakt üzrə aktlar tərtib edilib. Barmek Azerbaijan -dan bildirilib ki, daha çox təsadüf olunan pozuntular arasında elektrik sayğaclarının işinə maneçilik, onların sıradan çıxarılması, sayğacın olmaması, və onların digər xəttlərə qoşulması hallarına rast gəlinir.

Xəbər lenti

Xəbər lenti