...

Azərbaycan-Qazaxıstan hökumətlərarası sazişini hər iki ölkənin energetika nazirləri imzalaya bilər

Energetika Materials 10 Noyabr 2005 12:38 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neftin birgə nəqlinə dair Azərbaycan-Qazaxıstan hökumətlərarası sazişi ilin sonunadək hər iki ölkənin energetika nazirləri tərəfindən imzalana bilər. Trend bildirir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Əndər Şukputov bu barədə bəyan edib.

"Bu (hökumətlərarası) saziş hər iki tərəfdən paraflanıb.Yer və kimin imzalaması məsələsi qalır. Düşünürəm ki, bizdə energetika nazirləri tərəfindən imzalanma barədə söhbət gedir.Eyni vəziyyət nəqliyyat sazişi ilə də yaranacaq" -deyə o bildirib.

ARDNŞ və "QazMunayQaz" NŞ QSC arasında BTC ilə neftin birgə nəqlinə dair hökumətlərarası saziş üzrə danışıqlar 2002-ci ilin noyabrında başlayıb. Saziş xüsusilə Aktau - Bakı sisteminin yaradılmasını nəzərdə tutur. İlkin mərhələdə BTC ilə həcmin sonradan 20 mln. tonadək artımı ilə 7,5 mln. ton Qazaxıstan neftinin nəqli nəzərdə tutulur.

BTC neft boru kəmərinin uzunluğu 1767 km. Təşkil edir. Bunun 443 km. Azərbaycana, 248 km. Gürcüstana və 1076 km.isə Türkiyəyə aiddir. Neft boru kəmərinin buraxılış qabiliyyəti ildə 50 mln. ton neft təşkil edir.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze Trend ə deyib ki, BTC ilə bağlı həmin ölkənin ərazisində bütün işlər başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti