...

Neft və qaz sektorunda əməkdaşlığın inkişafı Azərbaycan-Ukrayna hökumətlərarası razılaşmasında əksini tapacaq

Energetika Materials 10 Noyabr 2005 15:00 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri gedişində neft-qaz sektorunda əməkdaşlığın inkişafını nəzərdə tutan hökumətlərarası razılaşma imzalanacaq. Trend in məlumatına görə, bu barədə noyabrın 10-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, burada söhbət neft və neft məhsullarının satışından, "Naftoqaz Ukrainı" şirkətinin Azərbaycanın yataqlarında neft-qaz hasilatında iştirakından gedir. "Onlar bizə bu məsələ ilə bağlı müraciət etsələr də, biz hələ bu məsələyə baxmamışıq. Ukrayna həm də Azərbaycana Odessa-Brodı layihəsində iştirak etməyi və öz neftini bu kəməri ilə nəql etməyi təklif edir ", - deyə o bildirib.

"Ukrayna prezidentinin səfəri çərçivəsində bu məsələlərlə bağlı təkliflərin əks olunacağı ümumi razılaşma imzalanacaq ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti