...

ARDNŞ Frontera Resources şirkəti ilə bağlı məhkəmə araşdırmaları üzrə hakimlərin qərarını gözləyir

Energetika Materials 10 Noyabr 2005 16:34 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) əvvəllər "Kürsəngi-Qarabağlı" quru neft yatağının işlənməsində iştirakçı olan Amerikanın Frontera Resources şirkəti ilə məhkəmə araşdırması ilə bağlı hakimlərin qərarını gözləyir. Trend in məlumatına görə, bu barədə noyabrın 10-da ARDNŞ-in prezidenti Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, beynəlxalq ekspertlər və ARDNŞ-in vəkilləri bu istiqamətdə işlər aparırlar. "Yaxın vaxtlarda bu məsələ ilə bağlı hakimlərin qərarı gözlənilir", - deyə o bildirib.

Frontera Resour¬ces ARDNŞ-ə qarşı ona dəymiş ziyana görə ümumi məbləği 23 milyon dollar olan iddia qaldırıb. Onun $15 miln 737 min 447 tələb edilən məbləğ, $7 milyonu faizlər, $600 min - hüquqşünaslara çəkilən xərclər, $300 min arbitraj məhkəməsinin və digər xərcləri təşkil edir.

Xəbər lenti

Xəbər lenti