...

McDermott əməkdaşlarının səriştəliliyinin dəyərləndirilməsinə başlayıb

Energetika Materials 14 Noyabr 2005 15:29 (UTC +04:00)

Xəzər regionunda J. Ray McDermott şirkətinin törəmə şirkəti olan McDermott Caspian Contractors Inc əməkdaşların səriştəliliyinin dəyərləndirilməsi proqramı çərçivəsində Azərbaycanda 260-dən artıq mütəxəssisin qiymətləndirilməsini həyata keçirmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə şirkətin yaydığı press-relizdə bildirilir.

Proqram 2006-cı ilin tyuluna kimi həyata keçiriləcək, əməkdaşları üçün əlavə hazırlıq kursları təşkil olunacaq. Proqram həmçinin, mexanikləri, montajçıları və nəzarət-ölçmə cihazları üzrə texnikləri də əhatə edir. Şirkətin ekspertləri əməkdaşların həm peşə biliklərini, həm də bacarıqlarını qiymətləndirəcəklər. Tədbirin həyata keçirilməsində məqsəd şirkətin ümumi personalının demək olar ki, 80 %-ni təşkil edən yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərin hazırlanması və saxlanmasıdır.

Xəbər lenti

Xəbər lenti