...

"Kaşağan"ın səhmdarları ilkin mərhələdə BTC ilə ildə 3,5 mln. ton neft nəql edəcək

Energetika Materials 15 Noyabr 2005 16:39 (UTC +04:00)

"Kaşağan" yatağının işlənib-hazırlanması üzrə Qazaxıstan layihəsinin səhmdarları, eyni zamanda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin çəkilməsində də payı olan sərmayədarlar ilikin mərhələdə neft boru kəməri ilə ildə 3,5 mln. ton neft nəql edəcək. Bu barədə Trend ə BTC Co. şirkətinə yaxın mənbələrdən məlum olub.

"Kaşağan"ın səhmdarları BTC ilə illik 7,5 mln. ton neft nəql etməlidir. "Kaşağan" yatağında neft hasilatına 2008-ci ilin sonunda başlanılması nəzərdə tutulur.

"Daha sonrakı mərhələlərdə BTC-də sərbəst güc hesabına planda nəzərdə tutulan 7,5 mln. ton ilə yanaşı 9 mln. ton neft nəql ediləcək. Amma əgər BTC "Azəri-Çıraq-Günəşli"də neft hasilatının artırılmasına görə belə bir neft həcmini qəbul etməyə hazır olmasa, onda "Kaşağan"ın səhmdarları nefti yataqdan, məsələn Rusiyaya ixrac edə bilər" -deyə mənbə qeyd edir.

BTC boru kəmərinin gücü ildə 50 mln. ton neft təşkil edir, amma bu, kimyəvi reagentlər və əlavə nasos stansiyalarının tikintisi hesabına 70-75 mln. tonadək genişləndirilə bilər.

Artıq boru kəməri tam gücü ilə işləyəndə ""Kaşağan" səhmdarları yaxud digər üçüncü ölkələrin neft istehsalçıları öz neftini BTC ilə nəql etmək istədiyi təqdirdə, belə şirkətlər BTC-nin genişləndirilməsində özləri sərmayə qoymalıdır" -deyə mənbədə bildirilir.

"Kaşağan" layihəsinin səhmdarları və eyni zamanda BTC-nin sərmayəçiləri aşağıdakı şirkətlərdir: Eni, Inpex, TOTAL və ConocoPhillips.

Xəbər lenti

Xəbər lenti