...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti "Transneft"ə Bakı-Novovrossiysk kəməri ilə 2006-cı ilin I rübündə neft vurulması ilə bağlı sifariş verib

Energetika Materials 16 Noyabr 2005 12:40 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Rusiyanın "Transneft" şirkətinə Bakı-Novorossiysk boru kəməri ilə 2006-cı ilin birinci rübündə neft vurulması ilə bağlı sifariş verib. Məlumatlı mənbələrdən Trend ə məlub olub ki, yanvar-mart aylarında ABƏŞ "şimal" marşrutu ilə 1,2 milyon ton neft nəql edib.

"Ehtimallara görə, ABƏŞ "şimal" marşrutu üzrə hər ay 400 min ton Yurals nefti nəql edəcək. Bu həcmə eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nefti də daxildir", - deyə mənbədən bildirilib.

Ümumilikdə, 2006-cı ildə ARDNŞ öz neft yataqlarından hasil olunan 2,5 miln ton neft ixrac etmək niyyətindədir. Bu həcmdə neftin Bakı-Novorossiysk boru xətti ilə yanaşı Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə də ixrac olunacağı istisna deyil.

Yanvar -oktyabr aylarında ARDNŞ Novorossiysk limanından 2004-cü ilin analoji dövründəki 1,377 miln tona qarşı 2,12 miln ton neft ixrac edib. Oktyabrda Novorossiyskdən yüklənən neftin həcmi 78,64 min ton (bir ay əvvəlki 0,237 min tona və 2004-cü ilin oktyabrındakı 269,2 min tona qarşı) təşkil edib.

2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton neft satıb ki, bu da 2003-cü ildəkindən 77,1 min ton çoxdur. Bakı-Novorossiysk kəməri ilə nəql olunan 1 ton neftin tarifi $15,67 təşkil edir.

Xəbər lenti

Xəbər lenti