...

VP Azərbaycanın qeyri-hökumət təşkilatlarını mükafatlandırıb

Energetika Materials 16 Noyabr 2005 15:27 (UTC +04:00)

Noyabrın 15-də Azərbaycanda ən iri xarici neft qaz operatoru olan Britaniya-Amerika şirkəti BP "Ekologiya və iqtisadiyyat arasında harmoniya" mövzusunda 4-cü müsabiqənin qaliblərini mükafatlandırıb.

Mükafatlar proqramı 2003-cü ilin iyun ayında elan edilib və artıq bir ay yarımdır ki, müsabiqəyə 30 QHT-dən 40 layihə daxil olub.

Trend in xəbər verdiyi kimi, dünən Hyatt Regency otelində $20 min məbləğində ilk mükafat "Abşeronun təbii abidələri" layihəsinə görə Azərbaycan Botaniklər Cəmiyyətinə, $3 min məbləğində mükafat "Azərbaycanın Dəvəçi rayonunda mal-qaranın sayının bərpası və Kateberiçayda alabalıq növünün qorunması" lahiyəsinə görə Eco-Real QHT-yə, $2 min məbləğində mükafat isə "Şərqi Qafqaz vəhşi öküz və dağ keçilərinin sayının artırılması və onların məskunlaşdığı yerlərin bərpası perspektivləri" layihəsinə görə Azərbaycan zooloqlar cəmiyyətinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti