...

2006-cı ildə KAOS "Mişovdağ-Kəlaməddin" layihəsi çərçivəsində $50 milyon dollar investisiya qoymaq niyyətindədir

Energetika Materials 16 Noyabr 2005 17:43 (UTC +04:00)

2006-cı ildə Karasu Operating Company (KAOS) Azərbaycanın qurudakı "Mişovdağ" və "Kəlaməddin" neft yataqlarının kəşfiyyatı və işlənməsi üçün $50 miln investisiya qoymaq niyyətindədir. B ubarədə Trend ə KAOS-un prezidenti Maykl Palmer (Michael Palmer) məlumat verib.

Onun sözlərinə görə, KAOS şirkətinin səhmdarı olan Nations Energy hazırda Azərbaycana $100 miln dollardan artıq sərmayə qoyub.

"Biz ümid edirik ki, 2006-cı ildə gündəlik hasilatı 9000 barelə (ildə 450 min ton) çatdıracağıq. Yeni quyunun qazılması və suyun vurulması "Mişovdağ" və "Kəlaməddin" yataqlarında neft hasilatının artırılması üçün əsas amillərdəndir", - deyə o qeyd edib. 2005-ci ilin 10 ayı ərzində KAOC 220625 ton neft hasil edib ki, bu da 2004-cü ilin analoji dövründəkindən 44,7% çoxdur.

Xəbər lenti

Xəbər lenti