...

Ukraynanın Ali Radası Azərbaycan ilə neft sahəsində əməkdaşlığa dair sazişi təsdiq edib

Energetika Materials 16 Noyabr 2005 18:16 (UTC +04:00)

Bu gün Ali Rada Ukraynanın "Ukrayna Nazirlər Kabineti və Azərbaycan Respublikasının hökuməti arasında neft sahəsində əməkdaşlıq prinsiplərinə dair Sazişin təsdiq olunması haqqında" Qanun qəbul edib. Trend proUA-ya istinadən bildirir ki, qanun Nazirlər Kabineti tərəfindən Ali Radaya baxılmaq üçün çıxarılıb.Bu Qanunun qəbul edilməsinə görə 339 xalq deputatı səs verib.

Saziş Ukrayna və Azərbaycan əraziləri ilə neftin, o cümldən üçüncü ölkələrin neftinin təhlükəsiz, səmərəli, maneəsiz nəqlininin həyata keçirilməsini nəzərdə tutur.Neftin nəqli vasitələri və obyektlərindən istifadənin kommersiya şərtləri bu vasitələr üzərində əmlak hüququna yaxud bu vasitələr üzərində səlahiyyətə malik olan təsərrüfatçı subyektlər və yük sahibləri arasında müəyyən edilir.

Tərəflər istismar rejiminə əsasən nəql olunan neftin həcm və keyfiyyətinin saxlanılmasını təmin edir.

Azərbaycan tərəfi Ukrayna tərəfinə Ukrayna neft kəmərlərində istifadə üçün zəruri olan həcmdə, kommersiya, hüquqi şərtlər əsasında neft əldə etmək imkanı təqdim etməlidir.

Ukrayna tərəfi Azərbaycan neftinin Ukrayna ərazisi ilə magistral neft kəmərləri vasitəsilə kommersiya, hüquqi əsasda nəqli imkanını təmin etməlidir.

Dövlətlərin ərazisində neftin nəqlində vergi və gömrük rejimi dövlətlərin qüvvədə olan milli qanunvericiliyi, beynəlxalq normalar əsasında müəyyən edilir və nəqlə dair Müqavilənin qüvvəyə minməsi dövründə dəyişməz qalır.

Saziş 5 il müddətinə qüvvədədir.Əgər tərəflərdən hər-hansı biri bunu dayandırmaq arzusunu bildirməsə sazişin müddəti avtomatik olaraq növbəti beşillik dövrlərdə davam etdiriləcək.

Xatırladırıq ki, 2004-cü il iyunun 3-də Kiyevdə Ukrayna Nazirlər Kabineti ilə AR hökuməti arasında neft sahəsində əməkdaşlıq prinsiplərinə dair Saziş imzalanıb. Ukraynanın "Ukraynanın beynəlxalq müqavilələri haqqında" Qanununa əsasən bu Saziş təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti