...

Yanvar –oktyabrda Barmek Azərbaijan Bakı və Sumqayıtın elektrik şəbəkəsi istehlakçılarına 9356,06 milyon kVt/s elektpik enerjisi tədarük edib

Energetika Materials 16 Noyabr 2005 18:20 (UTC +04:00)

Yanvar-oktyabr aylarında Barmek Azərbaijan Bakı və Sumqayıtın elektrik şəbəkəsi istehlakçılarına 9356,06milyon kVt/s elektrik enerjisi tədarük edib. Şirkətdən "Tpend"ə verilən məlumata görə, oktyabrda istehlakçılara 87 673 021,6 min manatlıq 798,75milyon kVt/s enerji tədarük edilib. İstehlakçılar tədarük olunan enerjinin dəyərinin 69,3% -ni və ya 60 760 388,8 min manat, əhali kateqoriyasına daxil olan abunəçilər isə 29,3% və ya 8 656 041,3 min manat ödəyiblər.

Bakıya elektrik enerjisinin tədarükünün həcmi 62 861 165,9 min manat təşkil edib, abonəçilər elektrik enerjisinin 73,2% -ni və ya 46 037 274,1 min manatını, əhali kateqoriyasına daxil olan abunəçilər 30,9% və ya 6 517 498,7 min manat təşkil edir. "Sumqayıtelektrikşəbəkə"nin abunəçiləri 24 811 855,7 min manatlın enerjidən istifadə ediblər və 59,3% və ya 14 723 114,6 min manat ödəyiblər.

2004-cü ildə Barmek Azərbaijan şirkəti Bakı və Sumqayıtın tələbatçılarına 10 563,65 miln kVt/s elektrik enerjisi tədarük edilib ki, bunun dəyərinin 91,1%, eləcə də əhali 23,9%-ni ödəyib.

Xəbər lenti

Xəbər lenti