...

110 kV-luq "Yevlax" yarımstansiyasının reabilitasiyası başa çatdırılıb

Energetika Materials 16 Noyabr 2005 20:24 (UTC +04:00)

"Ötürücü sistemlərin reabilitasiyası Proqramı" layihəsi çərçivəsində 110 kV-luq "Yevlax" yarımstansiyasının reabilitasiyası başa çatdırılıb. Bu barədə Trend ə Azərenerji SC-nin baş mühəndisi Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, Almaniyanın KfW bankının kreditləşdirdiyi proqramın gerçəkləşdirilməsini Siemens həyata keçirir. "Proqram çərçivəsində 110 kV-luq "Abşeron", "Xırdalan", "Buta" və digər yarımstansiyalarda da işlər aparılır. "Abşeron"da işlərin bu həftə, "Maştağa"da -noyabrın 25-dək, "Xırdalan"da -dekabrda, "Buta"da - ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. "Binəqədi" yarımstansiyasında təmir işlərinə 2006-cı ilin aprelində başlanılması nəzərdə tutulur" -deyə o qeyd edib.

"Ötürücü sistemlərin reabilitasiyası Proqramı"nın gerçəkləşdirilməsinin müddəti 2006-cı ildə başa çatır. Layihənin gerçəkləşdirilməsi "2005-2015-ci illərdə AR yanacaq-energetika kompleksinin inkişafı Dövlət proqramı" ilə nəzərdə tutulub.

Layihə Almaniyanın KfW inkişaf bankı tərəfindən 40 il müddətinə 10 illik güzəşt, illik 0, 75% ilə təqdim edilmiş təxminən 12 mln. avro hesabına maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti