...

Azəriqaznəql Ağsu-Kürdəmir və Qaradağ-Tbilisi qaz xəttlərini istismara verib

Energetika Materials 21 Noyabr 2005 16:19 (UTC +04:00)

Azəriqaznəql ( "Aztransqaz" İB - Azəriqaz QSC-in strukturu) Ağsu-Kürdəmir (L-4,26 km, D-325 mm) və Qaradağ-Tbilisi (L-0,8 km, D-720 mm) qaz xəttlərinni əsaslı təmirini başa çatdırıb. Bu barədə Trend ə İstehsalat Birliyindən məlumat verilib. Hazırda göstərilən qaz xəttləri istismara verilib.

Əsaslı təmir işləri Ağsu-Kürdəmir qaz borusunun bir sıra kəsiklərində- 10,7-13 km, 14,3-14.7 km, 18,7-20 km, 20-20,3 km-də həyata keçirilib. Qaradağ-Tbilisi kəmərinin əsasalı təmiri Ceyrankeçməz çayından keçiddə aparılıb. Kəmərin əsaslı təmiri zamanı çayın yaratdığı çətinliklərə baxmayaraq, işlər payız-qış mövsümünün əvvəlinə kimi başa çatdırılıb.

Ağsu-Kürdəmir və Qaradağ-Tbilisi qaz xəttlərinin əsaslı təmiri Azərbaycanın Səyyarmextikinti şirkəti tərəfindən həyata keçirilir. İşlər avqustun sonlarıvnda başlanılıb və işlərin yerinə yetirilməsi üçün 60 gün ayrılıb.

Xəbər lenti

Xəbər lenti