...

"Azəri"də basma şlamı üçün quyunun dərinliyi 2400 metri keçib

Energetika Materials 22 Noyabr 2005 12:26 (UTC +04:00)

"Azəri" yatağının mərkəzi hissəsindəki 9-cu quyunun dərinliyi 2493 metr təşkil edir və ondan şlam təbəqəsinin basılması üçün istifadə ediləcək. Bu barədə Trend ə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.

ABƏŞ nümayəndəsinin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsinə aid olan "Azəri"nin mərkəzi hissəsində qazılan bu quyunun platformaya birləşdirilməsi üzrə işlər artıq başlanılıb. "Onun dekabrın ortalarında işləyəcəyi ehtimal edilir", - deyə ABƏŞ-dən bildirilib.

"Azəri"dəki növbəti, 10-cu quyu suvurma quyusu olacaq. ABƏŞ istismar quyusunu 2006-cı ilin 1-ci rübündə işə salacaq. 2006-cı ilin əvvəlində 2- 11-ci və 12-ci istismar quyularının işə salınacağı ehtimal olunur.

Oktyabrda ABƏŞ "Azəri"nin mərkəzi hissəsində 8-ci quyunu istismara verib. 8-ci quyu sutka ərzində 16 min barel Azeri Light nefti hasil edir. 7-ci quyunun debiti 20 min barel xammal təşkil edir. Bu gün "Azəri"nin mərkəzi hissəsindəki 8 istismar quyusundan ümumi neft hasilatı sutkada 240 min barel təşkil edir.

"Azəri"nin mərkəzi hissəsindəki istismar platformasının səmərəliliyi 82,2% təşkil edir. 2005-ci ildə Mərkəzi Azəridən neft hasilatının ümumi həcmi təqribən 39 milyon barelə (orta hesabla sutkada 106,000 barelə) bərabər olacaq.

Xəbər lenti

Xəbər lenti