...

Azərbaycanın Sənaye və Energetika Nazirliyi bu həftə 2006-cı il üçün yanacaq-energetika balansını hökumətə təqdim etmək niyyətindədir

Energetika Materials 22 Noyabr 2005 15:53 (UTC +04:00)

Azərbaycanın Sənaye və Energetika Nazirliyi bu həftə Nazirlər Kabinetinə 2006-cı il üçün yanacxaq-energetika balansını təqdim etmək niyyətindədir Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

"Hələlik biz müxtəlif nazirliklərdən bütün lazım olan məlumatları almamışıq. Ehtimal edirik ki, informasiya bu həftə bizə təqdim olunacaq ki, bu da bizə işləri tamamlamağa və sənədləri Kabinetə təqdim etməyə imkan verəcək ", - deyə Nazirlikdən bildirilib.

Gələn il ARDNŞ-in neft hasilatının həcmi 8,7 miln ton, qaz - 5,9 mlrd kubmetr təşkil edəcək. "Qaradağ" və "Kalmaz" yeraltı qaz anbarlarına 2006-2007-ci illər qış mövsümündə əhalinin qazla təmin etmək üçün 1 milrd kubmetr qazın vurulması nəzərdə tutulub.

Bu sənədə görə, gələn il Rusiyadan 4,5 milrd kubmetr təbii qaz və 1,3 milrd kVt/s elektrik enerjisi idxal olunacaq.

Xəbər lenti

Xəbər lenti