...

ABƏŞ yanvarda "Şərqi Azəri" platforması üçün dayaq blokunun montajını həyata keçirəcək

Energetika Materials 22 Noyabr 2005 18:21 (UTC +04:00)

2006-cı ilin yanvarında ABƏŞ "Azəri" yatağının şərq hissəsində quraşdırılacaq platforma üçün dayaq blokunun montajını aparmaq niyyətindədir.Bu barədə Trend ə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənib-hazırlanması ilə məşğul olan ABƏŞ-də bildirilib.

BP-nin (ABƏŞ-in operatoru) podratçısı Bos Shelf blokun inşasını artıq başa çatdırıb.Eyni zamanda Bos Shelf indi "Günəşli"yatağının dərinsulu hissəsində quraşdırılacaq platforma üçün dayaq blokunun inşasını aparır.

"Günəşli"nin dərinsulu hissəsində neft hasilatı nəzərə alınmaqla ABƏŞ bütün müqavilə sahəsində ildə 50 mln. ton Azəri Light nefti hasil etməyə hazırlaşır. Neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunacaq.

Xəbər lenti

Xəbər lenti