...

McDermott Caspian Contractors işçilərin tələblərinə baxacaq

Energetika Materials 22 Noyabr 2005 19:31 (UTC +04:00)

McDermott Caspian Contractors rəhbərliyi noyabrın 22-də işçilərin keçirdiyi tətildə irəli sürülən tələblərə baxacaq.

Podratçısının McDermott Caspian Contractors olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən Trend ə verilən məlumata görə, noyabrın 22-də səhər şirkətin bir neçə yüz işçisi əmək haqlarının artırılması və rəhbərliklə görüşmək tələbi ilə işə çıxmaqdan imtina edib.

"İşçilər rəhbərliklə görüşərək tələblərini yazılı formada təqdim ediblər. Rəhbərlik söz verib ki, bir həftə ərzində bu tələblərə baxılaraq hər hansı bir qərar qəbul ediləcək. Sabah işçilər işə çıxacaq", - deyə ABƏŞ-də bildirilib.

McDermott-da işçilərin orta əmək haqqı 500-600 dollardır.

Qeyd edək ki, bugünkü hadisə McDermott-un ABƏŞ üçün həyata keçirdiyi podrat işlərinə təsir etməyib.

Xəbər lenti

Xəbər lenti