...

Azərbaycanın sənaye və energetika naziri İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir

Energetika Materials 22 Noyabr 2005 19:56 (UTC +04:00)

Azərbaycanın sənaye və energetika naziri Məcid Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 2-ci iclasında iştirak edir. Trend in xəbər verdiyi kimi, bu barədə Sənaye və Energetika Nazirliyinin noyabrın 22-də yayılmış press-relizində bildirilir. İclas noyabrın 21-dən 25-nə kimi İstambulda keçiriləcək.

Məlumatda o da qeyd olunur ki, M.Kərimov bu tədbirdə "Bütün dünyada energetika sahəsinin qloballaşdırılıması prosesində Azərbaycanın artan rolu və İƏT çərçivəsində bu sahədə əməkdaşlığın perspektivləri haqqında" nitqlə çıxış edəcək.

İclasın sonunda İstambul Deklarasiyasınının və bir sıra vacib sənədlərin qəbul olunacağı gözlənilir.

İƏT 1985-ci ildə təsis edilib və onun tərkibinə Orta və Məpkəzi Asiyanının 10 ölkəsi, o cümlədən Türkiyə, İran, Qazaxıstan və Pakistan da daxildir.

Xəbər lenti

Xəbər lenti