...

Sumqayıt elektrik stansiyasında işlər qrafik üzrə həyata keçirilir

Energetika Materials 23 Noyabr 2005 15:03 (UTC +04:00)

Tikintisi Almaniyanın Siemens şirkəti tərəfindən aparılan Sumqayıt elektrik stansiyasında işlər qrafik üzrə həyata keçirilir.Azərenerji SC-nin mətbuat xidmətində Trend ə bildirilib ki, bu elektrik stansiyasının direktoru Məmmədhəsən Babayevin sözlərinə görə, tikinti əməliyyatlarının əsas hissəsi turbinlərin altında təməlin qoyulmasıdır.

Eyni zamanda suburaxıcı və su soyuducu sistemin tikintisi üzrə ciddi işlər aparılır. "Dənizin dərinliyi hətta sahilin yarım kilometrliyində 2-2,5 metrdən çox deyil və bu da hasarın ümumi yayılmış üsullarının tətbiqini və soyuducu sistem üçün stansiya ərazisinə suyun çatdırılmasını mümkünsüz edir BQQ-nin tələblərinə əsasən, problemlərin həlli üçün Almaniyanın ixtisaslaşdırılmış Ingros-Lackner şirkəti dəvət olunub.Bu şirkətin ekspertləri Sumqayıtda olub, vacib informasiya toplayıb və artıq torpaq bəndin tikintisi üzrə real alternativ layihələr təqdim olunub"-deyə M.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti