...

"Tengizşevroyl" Azərbaycan "Tengiz" neftinin ixracına ciddi yanaşa bilər

Energetika Materials 23 Noyabr 2005 18:12 (UTC +04:00)

2007-ci ildən Azərbaycandan Gürcüstana Amerikanın ChevronTexaco şirkətinin rəhbəri olan Qazaxıstanın operatoru "Tengizşevroyl" (TŞO) olan "Tengiz" yatağından 4-5 miln ton neft ixrac oluna bilər. Bu barədə Trend ə neft daşınmaları bazarındakı mənbələr məlumat verib.

"Tengiz"dən neft Qazaxıstanın Aktau dəniz limanından Azərbaycanın Bakı limanına qədər, daha sonra isə dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstanın Batumi limanına göndəriləcək.

Batumi neft terminalı ildə 15 miln ton neft məhsullarının yola salınmasına qadirdir.

Dünən "Tengizşevroyl" "Cənub Marşrutu" ilə neft ixracına imkan verən kommersiya müqaviləsinin imzalandığını elan edib. TŞO 2007-ci ildən hər il neft hasilatını Tengiz-Novorossiysk boru kəməri ilə daşınan hazırki 14 miln tondan 26,5 miln tona qədər artırmaq niyyətindədir. "Cənub Marşrutu" Batumidən xammal idxalı ilə yanaşı, həmçinin, TŞO -ya Bakı-Tbilisi-Ceyhan boru kəmərinə çıxmağa imkan verir.

Mənbələr göstərirlər ki, BTC ilə TŞO ildə 2 miln ton neft tədarük edə bilər. "İndiki halda söhbət neft tədarükünün iki istiqamət -Batumi və BTC istiqamətində tədarükündən gedə bilər. Neftin borulara vurulduğu şəraitdən asılı olaraq Batumidən məsələn, 3 miln ton, BTCdan isə - 2 miln ton ixrac oluna bilər və ya əksinə", - deyə mənbə bildirib.

"Tengiz" yatağında neftin sıxlığı API üzrə 46,5-47 təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 0,45-0,55%-dir.

Azərbaycan neft sənayesinin ekspertləri Trend ə bildiriblər ki, Səngəçal terminalı sahəsindən Ceyhan limanına qədər bu cür tariflər lazım olan bütün şərtlər mövcuddur. Odur ki, bu marşrut üzrə BTC iştirakçısı olan Qazaxıstan şirkəti üçün təklif olunan tarif təxminən bir ton üçün $25 təşkil edir.

Xəbər lenti

Xəbər lenti