...

Azərbaycan Dağıstan mazutunu Gürcüstana nəql edəcək

Energetika Materials 24 Noyabr 2005 17:33 (UTC +04:00)

Noyabrda Azərbaycan Dövlət dəmir yolu idarəsi (ADDY) Dağıstandan ölkə ərazisi ilə 5 min ton M-100 markalı mazutu Gürcüstanın Qara dənizdəki Batumi limanına daşınacaq. ADDY idarəsində Trend ə bildirilib ki, dekabrda analoji həcmdə mazutun Rusiyanın sisternləri ilə nəqli nəzərdə tutulur.

"Biz 2006-cı ildə də bu marşrutla tranzit yüklərinin nəqlində maraqlıyıq. Amma hazırda bu istiqamətdə konkret razılaşma yoxdur" -deyə ADDY-də bildirilib.

ADDY idarəsində həm də bildirilib ki, Dağıstanın M-100 markalı mazutunun Azərbaycan ərazisi ilə Batumiyə ixracının səbəblərindən biri də bunun dünya bazarlarında yüksək qiyməti ilə bağlıdır.Öncə Azərbaycan Dağıstan mazutunu Gürcüstana nəql etmirdi.

ARDNŞ-nin məlumatına görə, oktyabrda mazutun dəyəri (FOB MED (Italy)) $300,49/t. (-$20,18/t sentyabr dəyərinə nisbətdə) təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti