...

Azərneftyaq NEZ noyabrın sonunadək Retrofarm üçün 7 min tondan çox mazut tədarük edəcək

Energetika Materials 24 Noyabr 2005 19:29 (UTC +04:00)

AR Nazirlər Kabineti noyabrın 23-də ARDNŞ-nin tərkibinə daxil olan Azərneftyaq NEZ-ə noyabrın sonunadək Sinqapurun Petrofarm şirkətinə 7,5 min ton M-40 markalı mazutun ixraca tədarükü üçün sərəncam verib. Bu barədə Trend ə NEZ-də bildirilib. İlin əvvəlindən Azərneftyaq Petrofarm üçün təxminən 270 min ton mazut ixrac edib. "Avqustda M-40 markalı mazut təkrar emal üçün tamamilə "Heydər Əliyev adına" Nez-ə (keçmiş Azərneftyanacag) göndərilib" -deyə zavodda qeyd olunub.

Petrofarm ilə müqaviləyə əsasən Azərneftyaq cari ildə Qara dənizin Batumi limanına 300 min ton mazut nəql etməyi planlaşdırır.

2004-cü ildə NEZ təxminən $292 mln. məbləğində 1,155 mln. ton müxtəlif neft məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti