...

ARDNŞ "Neft Daşları" yatağında N18-87 platforması ilə 5 öncəqazma quyusu qazacaq

Energetika Materials 24 Noyabr 2005 19:41 (UTC +04:00)

ARDNŞ ilin sonunadək Azərbaycanın ofşor "Neft Daşları" yatağında N18-87 səyyar dəniz platforması ilə 5 öncəqazma quyusunun qazmasına başlamaq niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-də bildirilib. Quyuların layihə dərinliyi 2000 metrədək təşkil edəcək.Hazırda N18-87 platforması ilə artıq planlaşdırılan 36 quyudan 4-ü qazılıb. 4 quyudan sutkada (ildə 43 min tondan çox) 120 ton neft alınması planlaşdırılır.

N18-87 səyyar dəniz platformasının istismara verilməsi 2006-cı ilin I rüdünə planlaşdırılıb.

Bu platformanın inşası "Heft Daşları"nda neft hasilatının sutkada hazırkı 2300 tondan 2450 tonadək (ildə 890 min ton) artırılmasına imkan verəcək. Bəzi məlumatlara görə, platformanın inşasının dəyəri təxminən $30 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti