...

Siemens şirkətinin nümayəndə heyəti Sumqayıtda yeni BQQ-nun inşası üzrə işlərlə tanış olub

Energetika Materials 25 Noyabr 2005 14:41 (UTC +04:00)

Almaniyanın Siemens şirkətinin idarə heyətinin üzvü Rudi Limperxtomun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda 506 MVt gücündə buxar-qaz qurğusunun inşası çərçivəsində görülən işlərlə tanış olub. Azərnereji SC-nin mətbuat xidmətindən Trend ə bildirildiyi kimi, şirkət nümayəndələri tikinti işlərinin sürətləndirilməsinə dair tövsiyələr verib.

Sumqayıt elektrik stansiyasında işlər cədvəl üzrə həyata keçirilir. Əsas işlər özülün qoyulmasına yönəldilib. Həmçinin, su buraxıcı və su sərinləşdirici sistemlərin inşası üzrə də işlər görülür. Dənizin dərinliyi hətta sahilin yarım kilometrliyində 2-2,5 metrdir ki, bu da geniş yayılmış su buraxma üsullarının tətbiqini və sərinləşdirici sistem üçün stansiya ərazisinə suyun çatdırılmasını qeyri-mümkün edir. Bu problemləri həll etmək məqsədilə Almaniyanın bu sahədə ixtisaslaşmış Ingros-Lackner şirkəti ölkəyə dəvət olunub.

Layihənin dəyəri yeni qaz xəttinin inşası da daxil olmaqla təxminən 300 mln avrodur.

Xəbər lenti

Xəbər lenti