...

Yeni neft əməliyyat şirkəti 2006-cı ildə yaradılacaq

Energetika Materials 25 Noyabr 2005 15:20 (UTC +04:00)

"Azneft" İstehsalat Birliyinin tərkibinə daxil olan "Suraxanıneft" NQÇİ-nin bazasında Suraxanioil Oil Operating Company-nin yaradılması üçün hazırda əmlakın inventarizasiyası və belə əməliyyatlarda həyata keçirilən işlər aparılır. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

2005-ci ilin avqustunda ARDNŞ və Dubayın Rafi Oil şirkəti "Suraxanıp quru neft yatağının işlənməsi və bərpası üzrə PSA müqaviləsi imzalayıb. Müqaviləyə görə, Rafi Oil 75 %, ARDNŞ isə 25% pay alıb.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, "Suraxanıneft" NQÇİ-nin balansında olan əmlakın inventarizasiyasının başa çatmasından sonra o gələcək əməliyyat şirkətinin balansına veriləcək.

"Əməliyyat şirkətinin 2006-cı ildə yaradılacağı ehtimal edilir. Bu müqavilənin qüvvəyə minəcəyi dəqiq tarix tərəfdaşların müqavilədən əvvəlki bütün öhdəlikləri necə yerinə yetirlməsindən asılıdır", -deyə ARDNŞ-dən bildirilib.

"Suraxanı" yatağı 1904-cü ildə kəşf edilib. Onun kəşf olunduğu vaxtdan indiyə kimi yataqdan 114,5 miln ton neft və 10 milrd kubmetr qaz hasil edilib. Yataqdan maksimal hasilat 1931-ci ildə qeydə alınıb və o zaman 4,189 miln ton neft hasil edilib. Yatağın yerdə qalan ehtiyatları 6,822 miln ton neft təşkil edir. Potensial cəlbedici ehtiyatlar 94% təşkil edir. Hazırda müqavilə sahəsində 492 quyu istismar olunur ki, onlardan 234-ü işləyir.

Layihədə investisiyanın həcmi $400 miln dəyərləndirilir.

Hazırda həmçinin, müxtəlif vaxtlarda ARDNŞ-lə "Qaraçuxur" və "Kürovdağ"ı yataqları üzrə imzalanmış müqavilələr də hələ qüvvəyə minməyib.

Xəbər lenti

Xəbər lenti