...

Azal Oil-a satılan aviasiya kerosininin qiyməti bahalaşacaq

Energetika Materials 25 Noyabr 2005 17:36 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti İqtisadi İnkişaf Nazirliyinə və Nazirlər Kabinetinə 2006-cı ildən etibarən Azal Oil şirkətinə satılan aviasiya kerosinin qiymətinin artırılması xahişi ilə müraciət edib. Bu barədə Trend ə məlumatlı mənbələrdən məlum olub.

ARDNŞ "Heydər Əliyev adına" NEZ-da (keçmiş Azərneftyanacag) istehsal olunan kerosini Azal Oil-a aviasiyanın ehtiyacları üçün satır. Dövlət aviasiya şirkəti AZAL DŞ-dir. 2005-ci ilin yanvar-oktyabr aylarında ARDNŞ Azal Oil şirkətinə 1,053 mln manat qimytində 363 min ton aviasiya kerosini tədarük edib. İlin sonuna kimi tədarükün ümumi həcminin 450 min tona çatacağı ehtimal edilir.

"Bu gün dünya bazarında aviasiya kerosinin bir tonunun qiyməti 500 dollardır. ARDNŞ isə bu məhsulu Azal Oil-a bir tonu 215-230 dollara satır. 2006-cı ildə AZAL DŞ Dövlət Neft Şirkətindən 600 min ton aviasiya kerosini almaq niyyətindədir. ARDNŞ gələn il tədarük olunacaq kerosinin qiymətinin artırılmasını xahiş edir", - deyə mənbə bildirib.

Bu il ARDNŞ tender yolu ilə Britanyianın Petrogas şirkətinə TS-1 markalı 50 min ton aviasiya kerosini satıb. Məhsul Gürcüstanın Qara dənizdəki Batumi limanından iki tanker partiyasına yüklənib. Buna qədər ARDNŞ kerosini İsveçrənin Glencore treyderinə satıb.

Xəbər lenti

Xəbər lenti